...

Müsavat Partiyasının qurultay keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verilib

Siyasət Materials 15 Fevral 2012 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Bakı Əl Oyunları və İdman Sarayında qurultay keçirməklə bağlı müraciətinə cavab verib.

Partiya başqanının müavini Gülağa Aslanlı çərşənbə günü Trend-ə bildirib ki, BŞİH qurultayın Əl Oyunları və İdman Sarayında keçirilməsinə icazə verməyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb. Qurultay zamanı yeni başqanın seçilməsi məsələsi də gündəmdədir.

Xəbər lenti

Xəbər lenti