...

G20-yə dəvət Azərbaycanın artan nüfuzunun göstəricisidir - deputat

Siyasət Materials 17 Fevral 2012 11:31 (UTC +04:00)
Milli Məclisin deputatı Aydın Mirzəzadə G20 XİN rəhbərlərinin görüşündə Azərbaycanın iştirakını ölkənin artan beynəlxalq nüfuzunun parlaq göstəricisi kimi qiymətləndirir.
G20-yə dəvət Azərbaycanın artan nüfuzunun göstəricisidir - deputat

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir S.Ağayeva/

Milli Məclisin deputatı Aydın Mirzəzadə G20 XİN rəhbərlərinin görüşündə Azərbaycanın iştirakını ölkənin artan beynəlxalq nüfuzunun parlaq göstəricisi kimi qiymətləndirir.

"Bir qayda olaraq G20 çərçivəsində iclaslara dəvət olunan ölkələr öz inkişafları ilə diqqəti cəlb edir, beynəlxalq norma və prinsiplərə riayət edirlər", - deputat cümə günü Trend-ə bildirib.

Mirzəzadə ölkənin bu dərəcədə nüfuzlu görüşə dəvət olunmasını respublikanın siyasi nüfuzunun, onun artan gücünün tanınması, ölkənin regional liderdən dünyadakı proseslərdə mühüm rol oynayan ölkəyə çevrilməsi kimi qiymətləndirib.

Millət vəkilinin fikrincə, Azərbaycan gələcəkdə də belə forumlara dəvət olunacaq.

"Azərbaycanın G20-yə daxil olaraq "iyirmiliyi" G21-ə çevirəcəyi gün uzaqda deyil", - sonda o bildirib.

Qeyd edək ki, Azərbaycan bu struktura daxil olmayan, lakin bu formatda görüşə dəvət alan on ölkədən biri olub.

Xəbər lenti

Xəbər lenti