...

Xocalı soyqırımı ilə bağlı Kiyevdə BMT və ATƏT-in nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 25 Fevral 2012 13:40 (UTC +04:00)
İslam Konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlı Gənclər Birliyi "Xocalıya Ədalət" kampaniyası çərçivəsində BMT-nin və ATƏT-in Kiyev şəhərindəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirib.
Xocalı soyqırımı ilə bağlı Kiyevdə BMT və ATƏT-in nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

İslam Konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlı Gənclər Birliyi "Xocalıya Ədalət" kampaniyası çərçivəsində BMT-nin və ATƏT-in Kiyev şəhərindəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirib.

Birlikdən şənbə günü Trend-ə verilən məlumata görə, "Erməni qəsbkarları əsrlər boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq və soyqırım siyasətinə görə tarix qarşısında cavab verəcək", "Vəhşilik və qəddarlıq baxmından XX əsrin ən amansız faciəsi olan Xocalı soyqırımı dünya birliyi tərəfindən tanınmalıdır" şüarları ilə Kiyev şəhərinin mərkəzindən BMT-nin və ATƏT in Ukraynadakı nümayəndəliklərinin qarşısına yürüş edən Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları aradan 20 il ötməsinə baxmayaraq, ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatlardan ikili standartlarından əl çəkməyi tələb ediblər.

İki saat davam edən etiraz aksiyasında gənclər BMT və ATƏT-i Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı ədalətli qərar verməkdə cəsarətli olmağa səsləyiblər. Ötən 20 il müddətində Xocalıda törədilmiş erməni vəhşiliyinə göz yuman BMT və ATƏT-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən hazırlanmış, uzunluğu 2,5 metr olan ən böyük qətnamə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti