...

"The Washington Times" qəzeti İstanbulda keçirilən yürüş-mitinq haqqında məqalə dərc edib

Siyasət Materials 27 Fevral 2012 12:14 (UTC +04:00)
ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbuldakı Taksim meydanında keçirilən "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq haqqında məqalə dərc olunub.
"The Washington Times" qəzeti İstanbulda keçirilən yürüş-mitinq haqqında məqalə dərc edib

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir E.Mehdiyev/

ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbuldakı Taksim meydanında keçirilən "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq haqqında məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, fevralın 26-da Azərbaycan bayrağını dalğalandıran on minlərlə türk Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün İstanbulda yürüş-mitinq keçirib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti