...

Bakıda Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 6 Mart 2012 16:27 (UTC +04:00)
Martın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.
Bakıda Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Martın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mixail Saakaşviliyə, Gürcüstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti