...

İran Prezidenti Tacikistanda Novruz festivalında iştirak edəcək

Siyasət Materials 24 Mart 2012 14:47 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün III beynəlxalq Novruz festivalında iştirak etmək üçün Tacikistana səfərə yollanıb.
İran Prezidenti Tacikistanda Novruz festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Tariverdiyeva/

İran Prezidenti Mahmud Əhmədinejad bu gün III beynəlxalq Novruz festivalında iştirak etmək üçün Tacikistana səfərə yollanıb. Bu barədə şənbə günü Trend IRNA agentliyinə istinadən məlumat verir.

Əhmədinejad səfərdən öncə jurnalistlərə deyib ki, Novruzla əlaqədar şənliklər hər il keçiriləcək. Belə ki, BMT-nin Baş Assambleyası tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.

İran Prezidenti Tacikistanda Novruz şənliklərində bu ölkənin dövlət başçısının dəvəti üzrə iştirak edir. Son iki il ərzində beynəlxalq Novruz festivalları Tehranda keçirilib.

Əhmədinejad deyib ki, o, həmçinin İran, Əfqanıstan və Tacikistan prezidentlərinin üçtərəfli görüşündə, eləcə də festivalın kuluarında üç ölkə və Pakistan rəhbərlərinin iştirakı ilə iclasda iştirak etməyi planlaşdırır.

İran Prezidenti jurnalistlərə bildirib ki, regional hadisələr əsas məsələlərdir. İki ölkənin prezidentləri bu məsələlər üzrə danışıqlar aparmalıdır.

O həmçinin deyib ki, Tacikistan paytaxtı Düşənbədə İran Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti