...

Prezidentliyə namizəd Xaçatur Sukiasyan ermənilərin tərk etməyəcəyi Ermənistan vəd edir

Siyasət Materials 3 Aprel 2012 12:29 (UTC +04:00)
Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyan hakimiyyətin bu seçkilərin son dərəcə ədalətli olacağını, Ermənistan Respublika Partiyasının isə səslərin 40 faizini toplayacağına dair iddiasını təhlil edib.
Prezidentliyə namizəd Xaçatur Sukiasyan ermənilərin tərk etməyəcəyi Ermənistan vəd edir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyan hakimiyyətin bu seçkilərin son dərəcə ədalətli olacağını, Ermənistan Respublika Partiyasının isə səslərin 40 faizini toplayacağına dair iddiasını təhlil edib.

"Bunu onun günahı üzündən əhalinin 40 faizinin yoxsul yaşadığı, korrupsiyanın misli görünməmiş səviyyəyə çatdığı, ölkənin ekoloji və demoqrafik fəlakət təhlükəsi qarşısında qaldığı qüvvə deyir. Hakim rejim xeyriyyəçilik adı altında rüşvət paylayır, administrativ resurslardan istifadə edir", - Trend-in Ermənistan KİV-inə istinadən verdioyi məlumata görə, Dəmirçiyan bəyan edib və əlavə edib ki, Ermənistanda adamların sayı azaldıqca seçici siyahılarında seçicilərin sayı daha da artır.

"Soruşurlar ki, biz nə üçün EMK-ya səs verməliyik? Bu bataqlıqdan çıxmaq üçün. EMK-nın xeyrinə səs verməklə siz keyfiyyət dəyişikliklərinə və layiqli həyata səs verəcəksiniz", - Dəmirçiyan sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti