...

Türkiyə və Çin nüvə enerjisindən dinc məqsədlərlə istifadə haqqında saziş imzalayıb

Siyasət Materials 9 Aprel 2012 18:13 (UTC +04:00)
Türkiyə və Çin bazar ertəsi atom enerjisindən dinc məqsədlərlə istifadə haqqında saziş imzalayıb.
Türkiyə və Çin nüvə enerjisindən dinc məqsədlərlə istifadə haqqında saziş imzalayıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov/

Türkiyə və Çin bazar ertəsi atom enerjisindən dinc məqsədlərlə istifadə haqqında saziş imzalayıb. Bu barədə bazar ertəsi Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Saziş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Pekinə səfəri çərçivəsində imzalanıb.

Türkiyə bir müddət əvvəl oxşar sazişi Cənubi Koreya ilə imzalayıb.

Telekanalın məlumatına görə, sazişin imzalanması atom enerjisi sahəsində ölkələr arasında əməkdaşlığın inkişafı yolunda ilk addım olacaq.

Xəbər lenti

Xəbər lenti