...

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib

Siyasət Materials 11 Aprel 2012 19:30 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyində çərşənbə günü Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib.
Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycanın Xarici İşlər Nazirliyində çərşənbə günü Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri M.Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

İclas zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Xəzər məsələləri üzrə ikitərəfli və çoxtərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti