...

Azərbaycanın ATƏT-ə üzvlüyünün 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Siyasət Materials 16 Aprel 2012 13:32 (UTC +04:00)
ATƏT-in Bakı Ofisi Bakı Slavyan Universitetində Azərbaycanın ATƏT-ə üzvlüyünün 20-ci ildönümü ilə bağlı tədbir keçirib.
Azərbaycanın ATƏT-ə üzvlüyünün 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Bakı Ofisi Bakı Slavyan Universitetində Azərbaycanın ATƏT-ə üzvlüyünün 20-ci ildönümü ilə bağlı tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay "ATƏT-Azərbaycan: 20 ildə keçdiyimiz yol" mövzusunda mühazirə ilə çıxış edib. O tələbələrə təmsil etdiyi qurumun mandatı, prioritetləri və həyata keçirdiyi lahiyələr barədə məlumat verib.

"Silsilə tədbirlərimizi məhz Slavyan Universitetindən başlamağımız təsadüfü deyil. Azərbaycanın inkişafı, demokratikləşməsi və dünya miqyasında yerinin daha da möhkəmləndirilməsində gənclərin rolu böyükdür. Bu baxımdan, Azərbaycan gənclərinə, gələcəyin diplomatları və idarəçilərinə gördüyümüz işlər barəsində məlumat verib onların düşüncələrini eşitmək istərdik", - Tarqay deyib.

O vurğulayıb ki, ötən 20 ildə ATƏT hər məsələdə Azərbaycana dəstək olub, daha çox demokratiya, insan haqları və hüquqi islahatlar sahəsində layihələr həyata keçirib. Onun sözlərinə görə, Azərbaycan bu sahələrdə ciddi irəliləyişlər əldə edib.

Xəbər lenti

Xəbər lenti