...

Xələf Xələfov Avstraliyada səfərdə olub

Siyasət Materials 21 Aprel 2012 14:34 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 16-21-də Avstraliyada səfərdə olub.
Xələf Xələfov Avstraliyada səfərdə olub

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 16-21-də Avstraliyada səfərdə olub.

XİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, səfər zamanı Xələf Xələfov Sidney Hava Limanının infrastruktur rəhbəri Con Dordano, Azərbaycan icması, Avstraliya Hökuməti Ticarət Komissiyasının beynəlxalq əməliyyatlar üzrə baş meneceri Davis Landers, Avstraliya Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) baş katibi Dennis Riçardson, İnfrastruktur və Nəqliyyat Nazirliyinin katibi Mike Mrdak, Avstraliya Neft istehsalı və tədqiqatı üzrə Assosiasiyanın rəhbərliyi, Avstraliya ehtiyatlar, enerji və turizm naziri Martin Ferqyuson, "Vorley Parsons" enerji və sərvətlər şirkətinin rəhbərliyi, Avstraliya Milli Universitetinin Avropa Araşdırma Mərkəzinin rəhbərliyi, Avstraliya Beynəlxalq təhsil, Beynəlxalq Strategiya bölməsinin baş meneceri xanım Di Veddel, Avstraliya Xarici İşlər və Ticarət Nazirliyinin Protokol idarəsinin rəisi xanım Salli Mansfild, Avstraliya Xəzinəsinin Xarici İnvestisiya və Ticarət Siyasəti Şöbəsinin baş direktoru və Xarici İnvestisiyaların Nəzarət Komitəsinin icraedici üzvü Deirdre Gerati, Avstraliya Neft istehsalı və tədqiqatı üzrə Assosasiayasının baş icraçı direktoru David Byers, XİTN - BMT Təhlükəsizlik Şurasının işçi qrupunun rəhbəri xanım Karolin Millar, XİTN-in Cənubi, Qərbi Asiya və Yaxın Şərq bölməsinin katibi Devid Stüart, Avstraliya Hökumətinin İslam Komitəsi Təşkilatının xüsusi nümayəndəsi Ahmed Fahour, Viktoriya Ştatının Ticarət məsələləri üzrə regional direktoru Kassem Younes, Viktoriya Ştatı Parlamentinin üzvü, mədəniyyətlərarası siyasət və vətəndaşlıq məsələləri üzrə nazir Nikolas Kotsirasla görüşlər keçirib.

Keçirilmiş görüşlərdə Avstraliya rəsmiləri və ictimaiyyət nümayəndələri ilə Azərbaycan Respublikası və Avstraliya İttifaqı arasında münasibətlərin bütün sahələr üzrə inkişaf perspektivləri, qarşılıqlı sərmayələrin yatırılması, enerji sahəsində əməkdaşlıq, iki dövlət arasında birbaşa hava daşımaları üzrə əlaqələrin yaradılması, Azərbaycanın Avstraliyada səfirliyinin təsis edilməsi və qarşı tərəfin ölkəmizdə diplomatik nümayəndəliyinin açılması məsələsi, təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında əlaqələrin yaradılması - müəllim və tələbə mübadiləsi, mədəniyyət, turizm və səhiyyə sahəsində əməkdaşlıq imkanları barəsində geniş müzakirələr aparılıb və qarşılıqlı təkliflərin müvafiq qurumlar arasında baxılması ilə əlaqədar razılıq əldə olunub.

Məsləhətləşmələr çərçivəsində regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti