...

Ermənilərin 60 min azərbaycanlını öldürdüyü halda "erməni soyqırımı"ndan danışması hörmətsizlikdir - Gürcüstan deputatı

Siyasət Materials 24 Aprel 2012 19:48 (UTC +04:00)
Marneuli rayonundan Gürcüstan parlamentinə majoritar qaydada seçilən deputat Azər Süleymanov həmkarı Condi Baqaturiyanı Gürcüstanda "erməniçiliy"in carçısı hesab edir.
Ermənilərin 60 min azərbaycanlını öldürdüyü halda "erməni soyqırımı"ndan danışması hörmətsizlikdir - Gürcüstan deputatı

Gürcüstan, Tbilisi, 24 aprel /Trend, müxbir N.Kirsxaliya/

Marneuli rayonundan Gürcüstan parlamentinə majoritar qaydada seçilən deputat Azər Süleymanov həmkarı Condi Baqaturiyanı Gürcüstanda "erməniçiliy"in carçısı hesab edir. Condi Baqaturiya əslində Condi Baqaturyan adlı ermənidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı parlamentdəki insidentdən sonra jurnalistlərə Süleymanov bildirib.

"Baqaturyan özünün erməni mövqeyində qaldı", - Süleymanov deyib.

O qeyd edib ki, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi halda, Türkiyədə qondarma "erməni soyqırımı" haqqında söhbətlər hörmətsizlikdir. "Bu, tarix və faktları tam anlamamaqdır", - deputat əlavə edib.

Süleymanov 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində erməni quldurların 60 mindən çox azərbaycanlını öldürdüyü halda, hansı soyqırımdan söhbət getməsi barədə maraqlanıb.

Deputatlar arasında qarşıdurma Condi Baqaturiyanın çərkəz soyqırımının tanınmasını cinayət adlandırması və erməni diasporunun "erməni soyqırımı"nı tanımaq tələbləri haqqında bəyanat verməsindən sonra yaranıb.

Deputat Azər Süleymanov Baqaturiyaya hansısa əşya atıb və stəkan tullamaq istəyib, lakin ona mandatlı polislər mane olub. Baqaturiya isə öz növbəsində Süleymanova tərəf əşya atıb.

Sonra deputatların əksəriyyəti bildiriblər ki, Baqaturiyanın verdiyi bəyanatlar etnik azlıqlar arasında qarşıdurmaya gətirib çıxarır və belə bəyanatların qarşısı alınmalıdır.

Xəbər lenti

Xəbər lenti