...

Ziyafət Əsgərov: Ştrasserin mövqeyi cəfəng fikirdir

Siyasət Materials 1 May 2012 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin birinci vitse-spikeri AŞPA-da Azərbaycan üzrə məruzəçi Kristof Ştrasserin mövqeyini cəfəng fikir adlandırıb.

"Ştrasses adi bir vətəndaşdır. Ştrasser nə Almaniyadır, nə alman xalqı, nə Avropa Şurasıdır. Onun dediyi cəfəng fikirdir. "Eurovision" mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, kimsə bəzi şəxsi məqsədləri üçün Azərbaycanda şou yaratmaq istəyir.

"Bu, tamamilə mənasız şeylərdi və niyyətləri baş tutmayacaq", - Əsgərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti