Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İctimai Palatının mitinq keçirməməklə bağlı qərarına münasibət bildirib.
"Azərbaycan müxalifəti cəmiyyətin ayrılmaz tərkib hissəsidir, ictimai institutdur. Burada təmsil olunan insanlar yüksək səviyyəli dövlət siyasətinə, Azərbaycanı idarə etməyə iddialıdırlar. Burada qəbul edilən qərarlar da Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalıdır", - Trend-in məlumatına görə, Həsənov şənbə günü jurnalistlərə deyib.
O qeyd edib ki, hər şey qanun çərçivəsində olmalıdır.
"Onların qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur, qəbulolunandır. Qeyri-qanuni istənilən addımları məbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir", - Həsənov deyib.