...

Azərbaycan Prezidenti və xanımı Bakının bəzi yerlərində görülən işlərlə tanış oldular (FOTO)

Siyasət Materials 6 May 2012 15:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir, yenidənqurma işləri, “Hilton” otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Azərbaycan Prezidenti və xanımı Bakının bəzi yerlərində görülən işlərlə tanış oldular (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir, yenidənqurma işləri, "Hilton" otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış oldular. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi.

Azərbaycan Prezidenti və xanımı ayrı-ayrı tikinti sahələrində görülən işlərlə yerindəcə tanış oldular.

Mərkəzdə aparılan işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldular. Bildirildi ki, 32 metr eni olan ikitərəfli yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən yüksək keyfiyyətli polimer asfalt döşənmiş, iki kompanetli yol zolaqları çəkilmişdir. Yol boyu 3400 paqonmetr qranit daşlardan bardürlər düzəldilmiş, 3800 kvadratmetr ərazisi olan səkilərə qranit daşlar döşənmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Daha sonra dövlət başçısı və xanımı "Hilton" otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış oldular.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr hissəsinə qranit daşlar döşənmişdir. Burada böyük fəvvarələr kompleksi quraşdırılmışdır. Parkda İtaliyadan gətirilmiş 12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd şaxtaya davamlı palma ağacları əkilmiş, 2010 kvadratmetrlik ərazi yaşıllaşdırılmışdır. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur.

Xəbər lenti

Xəbər lenti