Azərbaycan, Bakı, 11 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
"İndoneziyada "Sukhoi SuperJet-100" təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - başsağlığında deyilir.