...

Ombudsmanın nümayəndələri Arif Hacılı ilə görüşüb

Siyasət Materials 21 May 2012 15:24 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Arif Hacılı ilə görüşüblər.
Ombudsmanın nümayəndələri Arif Hacılı ilə görüşüb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Arif Hacılı ilə görüşüblər.

Aparatın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, söhbət zamanı Hacılı bu ilin 15 may tarixindən aclıq elan etdiyini, səhhətində problem olmadığını bildirib.

Eyni zamanda, o, müəssisə əməkdaşlarının onunla rəftarından şikayət etməyib və müəssisədə hər hansı hədəyə məruz qalmadığını söyləyib.

Müəssisə rəhbərliyi ilə söhbət zamanı bildirilib ki, Hacılı aksiya keçirməsi barədə ərizə ilə müraciət etməyib.

Aparatın əməkdaşları müəssisənin həkiminə Hacılının səhhətini nəzarətdə saxlamağı tapşırıblar.

Xəbər lenti

Xəbər lenti