...

XİN: Azərbaycan BMT TŞ-də vəzifələrinin öhdəsindən layiqincə gəldi və sədrliyi uğurla başa vurdu

Siyasət Materials 2 İyun 2012 16:12 (UTC +04:00)
Azərbaycan BMT Təhlükəsizlik Şurasında qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldi və sədrliyi uğurla başa vurdu.
XİN: Azərbaycan BMT TŞ-də vəzifələrinin öhdəsindən layiqincə gəldi və sədrliyi uğurla başa vurdu

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan BMT Təhlükəsizlik Şurasında qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldi və sədrliyi uğurla başa vurdu. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi çox uğurlu keçdi. Azərbaycanın sədrliyi ərzində diplomatiyamızın səyləri dövlətimizin milii maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi", - o deyib.

Abdullayev qeyd edib ki, Şuradakı ilk günlərindən Azərbaycan öz öhdəliklərinə çox ciddi yanaşdı.

"Azərbaycan Prezidenti mayın 4-də terrorla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı çıxış edərək çağırış etmişdi, sonra isə bəyanat qəbul olunmuşdu", - XİN rəsmisi deyib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi müddətində 3 qətnamə qəbul edilib - ikisi Sudandakı vəziyyət, biri isə Qvineya-Bisauda hərbi çevrilişlə bağlı olub və mətbuat üçün yeddi bəyanat qəbul edilib.

Həmçinin, Azərbaycanın sədrliyi ərzində TŞ 13 açıq və 16 qapalı iclas keçirilib.

"18-24 may tarixlərində TŞ-yə üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin Qərbi Afrika bölgəsinə səfəri baş tutub, 26-27 mayda isə İstanbulda Yaxın Şərqlə bağlı görüşlər keçirilib", - o deyib.

Xəbər lenti

Xəbər lenti