...

Azərbaycanda keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı məsələsi yenidən müzakirəyə çıxarılır

Siyasət Materials 4 İyun 2012 11:02 (UTC +04:00)
Milli Məclis iyunun 12-də növbədənkənar iclasda "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanunu ikinci oxunuşda təkrar səsverməyə çıxaracaq.
Azərbaycanda keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı məsələsi yenidən müzakirəyə çıxarılır

Azərbaycan, Bakı, 4 iyun/ Trend müxbir M.Əliyev/

Milli Məclis iyunun 12-də növbədənkənar iclasda "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu təkrar səsverməyə çıxaracaq. Bu barədə bazar ertəsi Trend-ə MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, ümumilikdə parlamentin iyunun 12-də keçiriləcək iclasında 10 məsələ müzakirəyə çıxarılacaq.

Gündəliyə Şəhərsalma və Tikinti Məcəlləsi (ikinci oxunuş), "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna, "İnformasiya əldə etmək haqqında" qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər salınıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanun layihəsinə əsasən, qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq, prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq.

Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.

Keçmiş prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.
Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.

Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları keçmiş prezidentər və ailə üzvlərinə şamil olunacaq.

Xəbər lenti

Xəbər lenti