Azərbaycan, Bakı, 18 iyul /Trend müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfəri zamanı RF Prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında Ankaranın Suriyanın parçalanmasının qəti əleyhinə olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verib.
"Ankara Suriyanın parçalanmasının əleyhinədir", - Ərdoğan bəyan edib.
Baş nazir onu da qeyd edib ki, Suriyada xalqın iradəsinə üstünlük verilməlidir.
"Bəşşar Əsəd rejimindən sonra Suriyanın taleyi ilə bağlı qərarı ancaq və ancaq Suriya xalqı verməlidir", - Ərdoğan bildirib.