...

Elmar Məmmədyarov İrana gedir

Siyasət Materials 29 Avqust 2012 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir M.Əliyev/

Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-31-də Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv olan ölkələrin zirvə toplantısında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Abdullayev deyib ki, bu, kifayət qədər yüksək səviyyəli səfərdir.

"Qoşulmama Hərəkatı Azərbaycan üçün vacib bir təşkilatdır və Azərbaycan bir ildən artıqdır ki, bu Hərəkata üzvdür.

Hərəkatın 120 üzvündən 117-si Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləmişdi.

Onun sözlərinə görə, səfər zamanı nazir Məmmədyarovun İranda ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti