...

Bakıda Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin iclası keçirilib

Siyasət Materials 31 Avqust 2012 13:36 (UTC +04:00)
Bakıda Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin iclası keçirilib.
Bakıda Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin iclası keçirilib

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Y.Kosolapova/

Bakıda Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin iclası keçirilib. Tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilib.

Trend-in məlumatına görə, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov iclasda səfirliyin ikitərəfli münasibətlərin inkişafına yönəldilmiş işi barədə danışıb. Xüsusən, o, Bakı Dövlət Universitetində Abay adına Qazax Dili Mərkəzinin açılmasını, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycan dilində kitabının dərcini, Bakıda Qazaxıstan Kinosu Günlərini, Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə birgə keçirilən Astana-Bakı dostluq telekörpüsünü, Aktobedə ikitərəfli iri biznes forumunu, aqrar sahədə sıx əlaəqlərin qurulmasını, Bakıda Qazaxıstan artistlərinin iştirakı ilə bir sıra sərgi və konsertlərin keçirilməsini xatırladıb.

Səfir həmçinin xatırladıb ki, Qazaxıstanda ölkənin ictimai həyatında fəal iştirak edən 132 minlik Azərbaycan diasporu yaşayır. Qazaxıstanda Azərbaycan qəzet və jurnalları nəşr edilir. Öz növbəsində, Azərbaycanda bir çox qazaxıstanlı mühacir yaşayır.

Primbetov iki ölkə arasında münasibətlərin inkişafına töhfə verən Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərinə təşəkkür məktubları təqdim edib.

Xəbər lenti

Xəbər lenti