Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
İsveçrə Macarıstana ömrürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsindən sonra Macarıstan-Ermənistan münasibətlərində yaranan gərginliyi azaltmağa kömək edə bilər. Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Yanoş Martoni ölkənin "Kossuth Radio" radiostansiyasının "180 dəqiqə" verilişində bildirib.
"İsveçrənin xarici işlər naziri Didye Burkhalter Macarıstan-Ermənistan əlaqələrinin nizamlanmasında rəsmi Budapeştə kömək etməyi təklif edib. İsveçrə ənənəvi neytral və vasitəçi ölkə kimi kömək edə bilər", - Martoni deyib və əlavə edib ki, Macarıstan və Ermənistan arasında gərginliyi azaltmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM məlumat verir.
Onun sözlərinə görə, Macarıstan hökuməti 2004-cü ildə erməni zabitini qətlə yetirən Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası işi üzrə qanuna uyğun addım atıb.