...

Rusiya və Ermənistan hərbçiləri birgə təlimlər keçirir

Siyasət Materials 17 Sentyabr 2012 17:54 (UTC +04:00)
Rusiya Silahlı Qüvvələri qoşun kontingentinin hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Operativ Reaksiya Kollektiv Gücünün "Qarşılıqlı əlaqə-2012" təlimlərini keçirirlər.
Rusiya və Ermənistan hərbçiləri birgə təlimlər keçirir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Rusiya Silahlı Qüvvələri qoşun kontingentinin hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Operativ Reaksiya Kollektiv Gücünün "Qarşılıqlı əlaqə-2012" təlimlərini keçirirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin hava-desant qoşunları üzrə mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi polkovnik Aleksandr Kuçerenko "Novosti-Armeniya" agentliyinə deyib.

Sentyabrın 18-də "Baqramyan" poliqonunda qoşun kontingentinin hərbçiləri arasında daşoynatma idmanı, çoxnövçülük idmanı və kəndirin dartılması üzrə yarışlar da keçiriləcək.

Təlimlərin xaricində hərbçilər üçün poliqon ərazisində televiziya verilişilərinin izlənilməsi, bədii filmlərin göstərilməsi, nəşrlərlə təminat təşkil edilib. İstirahət günlərində KTMT-nin üzv ölkələrinin qoşun kontingentinin şəxsi heyəti üçün Ermənistan paytaxtında ekskursiya gəzintiləri təşkil edilib.

Xəbər lenti

Xəbər lenti