...

Azərbaycan Rusiyaya etiraz notası təqdim edib

Siyasət Materials 18 Sentyabr 2012 19:05 (UTC +04:00)
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib.
Azərbaycan Rusiyaya etiraz notası təqdim edib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Xələfov Rusiya səfirinə cari ilin 14 sentyabr tarixində Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.

Həmçinin, nazir müavini sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk arupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.

Xələf Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti