...

Rusiyalı ekspert: Bakı Humanitar Forumu cəmiyyətin inkişafını anlamağa kömək edəcək

Siyasət Materials 5 Oktyabr 2012 13:08 (UTC +04:00)
Bakıda Beynəlxalq Humanitar Forum başa çatdıqda onun iştirakçıları cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlayacaqlar.
Rusiyalı ekspert: Bakı Humanitar Forumu cəmiyyətin inkişafını anlamağa kömək edəcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bakıda Beynəlxalq Humanitar Forum başa çatdıqda onun iştirakçıları cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlayacaqlar. Trend-in məlumatına görə, İTAR-TASS agentliyinin MDB və Baltik ölkələri sektorunun kuratoru Boris Qruşin belə hesab edir.

Onun sözlərinə görə, ötənilki forumla müqayisədə builki forumun iştirakçılarının və ölkələrin sayının artması müsbət meyildir.

Qruşin qeyd edib ki, forumdakı diskussiyaların səviyyəsi artır, daha çox aktual problemlər müzakirə olunur və mülahizələrin geniş dairədə olması çox vacibdir.

Onun sözlərinə görə, Bakıda bir çox ölkələrin görkəmli nümayəndələri toplaşıblar, onların nüfuzu qlobal mənada faydalı ola bilər.

Xəbər lenti

Xəbər lenti