...

Əfqanıstan, Tacikistan və Pakistan prezidentlərinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 16 Oktyabr 2012 16:32 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri başa çatıb.
Əfqanıstan, Tacikistan və Pakistan prezidentlərinin Azərbaycana səfəri başa çatıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri başa çatıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezidentləri hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti