...

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Romaya rəsmi səfərə yola düşüb

Siyasət Materials 6 Noyabr 2012 11:07 (UTC +04:00)
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər İtaliyanın müdafiə nazirinin dəvəti ilə baş tutub.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Romaya rəsmi səfərə yola düşüb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Romaya rəsmi səfərə yola düşüb.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər İtaliyanın müdafiə nazirinin dəvəti ilə baş tutub.

Rəsmi səfər çərçivəsində Əbiyev bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti