...

Azərbaycanın müxalifət lideri İctimai Palatanın dağılacağını istisna etməyib

Siyasət Materials 20 Noyabr 2012 15:32 (UTC +04:00)
Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, İctimai Palata prezident seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.
Azərbaycanın müxalifət lideri İctimai Palatanın dağılacağını istisna etməyib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, İctimai Palata prezident seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.

"Mənə elə gəlir ki, bu təşkilat seçkilərdən kənarda saxlanmalıdır. Əks halda, iki namizədlə gedəcəksə, İctimai Palata iki yerə bölünməlidir. Praktiki olaraq bu məsələni başqa cür həll etmək mümkün deyil", - Cəlaloğlu çərşənbə axşamı Trend-ə deyib.

Partiya sədri hesab edir ki, vahid namizəd məsələsini İctimai Palata ilə məhdudlaşdırmaq, ümumiyyətlə, bu ideyanın özünə ziddir.

"Çünki vahid namizəd müxtəlif bloklar arasında müəyyənləşən namizəddir. İctimai Palatadan isə yalnız bir namizəd müəyyən oluna bilər. Vahid namizəd odur ki, bütün müxalifət eyni bir namizədi müdafiə etsin", - Cəlaloğlu vurğulayıb.

Onun sözlərinə görə, hadisələrin gedişi göstərir ki, nəinki Azərbaycan müxalifəti, heç İctimai Palata özü də seçkilərdə bir namizədlə çıxış edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti