...

Azərbaycan və Macarıstanın hakim partiyaları arasında əməkdaşlıq müqaviləsinin imzalanması müzakirə edilib

Siyasət Materials 29 Noyabr 2012 15:04 (UTC +04:00)
Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, deputat Əli Əhmədov Macarıstan Parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb.
Azərbaycan və Macarıstanın hakim partiyaları arasında əməkdaşlıq müqaviləsinin imzalanması müzakirə edilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Macarıstanın hakim partiyaları arasında əməkdaşlıq müqaviləsinin imzalanması müzakirə edilib.

Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, deputat Əli Əhmədov Macarıstan Parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb.

Görüşdə Azərbaycanın Milli Məclisindəki Yeni Azərbaycan Partiyası deputat fraksiyası ilə Macarıstan Parlamentinin hakim "Fides" fraksiyası arasında əməkdaşlıq barədə müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Həmçinin, iki ölkənin qanunvericilik orqanları arasındakı əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması, beynəlxalq parlament qruplarında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Görüş zamanı iqtisadi mədəni, humanitar, gənclər siyasəti və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulub.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı, Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi, səfir Erne Keşkeni də görüşdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti