Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir R.Hafizoğlu/
ABŞ müdafiə naziri Leon Panetta Türkiyəyə gəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin DHA agentliyi xəbər verib.
Agentliyin məlumatına görə, Panettanın Türkiyəyə səfəri planlaşdırılmış olub və hazırda amerikalı nazir "İncirlik" hərbi bazasındadır.
Məlumata görə, Panetta Türkiyəyə səfəri zamanı "Patriot" ZRK-nin iki batareyasının yerləşdirilməsi məsələsini müzakirə edəcək.
Daha əvvəl Türkiyə KİV-i ABŞ hakimiyyətinin NATO üzrə müttəfiqinin Suriya ilə sərhəddə təhlükəsizliyinin təmin olunması üçün Türkiyəyə "Patriot" zenit-raket komplekslərinin iki batareyasını göndərəcəyi haqqında məlumat vermişdi.