...

Lavrov səfirlərlə MDB çərçivəsində əməkdaşlığı müzakirə edib

Siyasət Materials 21 Yanvar 2013 17:08 (UTC +04:00)
Yanvarın 21-də Moskvada RF XİN rəhbəri Sergey Lavrov MDB ölkələrinin səfirləri ilə Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığı müzakirə edib.
Lavrov səfirlərlə MDB çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E Tariverdiyeva/

Yanvarın 21-də Moskvada RF XİN rəhbəri Sergey Lavrov MDB ölkələrinin səfirləri ilə Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığı müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in saytında bildirilir.

Moskvada işgüzar səhər yeməyi formatında ənənəvi illik görüş keçirilib.

Birlik çərçivəsində habelə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Məlumatda deyilir ki, iştirakçılar ötən ilin yekunlarını müsbət qiymətləndiriblər, Avrasiya, Avroatlantika, Asiya-Sakit Okean regionuna inteqrasiya proseslərinin inkişafı perspektivlərinə və bu proseslərdə MDB ölkələrinin roluna dair fikir mübadiləsi aparıblar.

Nazirliyin saytında deyilir ki, habelə Birliyin beynəlxalq mövqelərinin gələcəkdə möhkəmlənməsi, xarici siyasət fəaliyyətinin razılaşdırılması üzrə addımlar da nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti