...

Fuad Muradov: Müxalifət İsmayıllıda baş verən hadisələrdən siyasi dividend kimi istifadə etməyə çalışır

Siyasət Materials 25 Yanvar 2013 17:14 (UTC +04:00)
Azərbaycanın millət vəkili Fuad Muradov hesab edir ki, müxalifət İsmayıllıda baş verən hadisələrdən bir siyasi dividend kimi istifadə etmək istəyir.
Fuad Muradov: Müxalifət İsmayıllıda baş verən hadisələrdən siyasi dividend kimi istifadə etməyə çalışır

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın millət vəkili Fuad Muradov hesab edir ki, müxalifət İsmayıllıda baş verən hadisələrdən bir siyasi dividend kimi istifadə etmək istəyir.

"Təbbi ki, müxalifət belə hadisədən istifadə edəcək, bu onlar üçün göydəndüşmə bir hadisədir. Onlar çalışırlar ki, bunu hər bir rayonda problemli bir məsələ kimi göstərsin, üsyan adlandırsın, amma reallıq var", - bu barədə Muradov Trend-ə bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı çox ayıq bir xalqdır, hansı məsələ necə baş verirsə, ona obyektiv münasibətini bildirir.

Muradov xatırladıb ki, məsələ ilə bağlı istintaq gedir və Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı ilkin rəyləri var.

"Mən inanıram ki, istintaq geniş şəkildə bu məlumatları ictimaiyyətə yayacaq", - millət vəkili deyib.

Muradov vurğulayıb ki, hadisənin günahkarları layiqli cavablarını alacaqlar.

"Mən təəssüf edirəm ki, İsmayıllıda belə bir hadisə baş verib və inanıram ki, bu məsələni belə vəziyyətə çatdıran insanlar dövlət tərəfindən lazımi tədbirləri hiss edəcəklər", - millət vəkili vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti