Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir A.Tağıyeva /
Terrroçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarının 40 faizə yaxını 18 yaşdan aşağı uşaqlardır. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti Türkiyə hökuməti yanında Terror üzrə Komissiyanın hesabatına istinadən xəbər verir.
Hesabata görə, bu gün PKK-da 20 min yaraqlı var ki, onların əksəriyyətini 14-25 yaşlı gənclər təşkil edir.
PKK yaraqlılarının 73 faizə yaxını türklər, 12 faizi suriyalılar, 10 faizi iranlılar və üç faizi iraqlılardır.