...

Gürcüstanın sabiq müdafiə nazirinə qarşı şifahı ittiham irəli sürülüb

Siyasət Materials 30 Yanvar 2013 23:15 (UTC +04:00)
İttiham Maliyyə nazirliyinin İstintaq departamenti tərəfindən qaldırılıb. Sabiq hərbi nazir David Kezeraşvili küllı miqdarda rüşvət almaqda və etil spirtinin qaçaqmalçılığında günahlandırılır.
Gürcüstanın sabiq müdafiə nazirinə qarşı şifahı ittiham irəli sürülüb

Gürcüstan, Tiflis, 30 yanvar / Trend. müxbir N. Kirçxalia/

İttiham Maliyyə nazirliyinin İstintaq departamenti tərəfindən qaldırılıb. Sabiq hərbi nazir David Kezeraşvili küllı miqdarda rüşvət almaqda və etil spirtinin qaçaqmalçılığında günahlandırılır. Bildirilir ki, Kezeraşvili 2007-dən 2012 ilədək təkcə etil spirtinin manupulyasiyasından 12 milyon ABŞ dolları əldə edib.

Onun sahibkarlara yardımı ilə ölkədən gömrük haqqı ödənilmədən sözü gedən spirt cixarılıb. Bu üsulla eks nazirin qanunsuz fəaliyyəti dövlətə 50 milyon dəyərində ziyan vurub. Hazırda Kezeraşvili 4 müddəa üzrə iş acilib. Ikili, yəni Gürcüstan və eyni zamanda İsrail vətəndaşı olan sabiq müdafiə nazirini, hazırda 11-ildən 15-dək dustaqxana həyatı gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti