...

Ermənilərin 1914-1922-ci illərdə müsəlmanlara qarşı törətdiyi soyqırımın tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində səsvermə başlayıb

Siyasət Materials 15 Fevral 2013 10:15 (UTC +04:00)
Ermənilərin 1914-1922-ci illərdə Anadoluda və Qafqazda müsəlmanlara və türklərə qarşı törətdiyi soyqırımın tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirilib.
Ermənilərin 1914-1922-ci illərdə müsəlmanlara qarşı törətdiyi soyqırımın tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində səsvermə başlayıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Ermənilərin 1914-1922-ci illərdə Anadoluda və Qafqazda müsəlmanlara və türklərə qarşı törətdiyi soyqırımın tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirilib.

Trend-in məlumatına görə, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya soyqırım və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Petisiyada qeyd olunur ki, 1914-1922-ci illərdə erməni "Daşnak" və digər partiyaların silahlı qruplaşmaları Anadolu və Qafqazda müsəlmanların sistemli ekstremisiyasını həyata keçirib. 523.955 müsəlman bu hadisələrin qurbanı kimi müəyyən edilib, lakin itkin düşən və kütləvi qəbirlərdə basdırılan insanların sayı məlum deyil. Qərb araşdırmaçıları qeyd edir ki, bu qətliamda ümumilikdə 2.5 milyona qədər müsəlman qətlə yetirilib.

Petisiyaya səs vermək üçün bu linkə daxil ola bilərsiniz: https://petitions.whitehouse.gov/petition/commemorate-and-recognize-soyk%C4%B1r%C4%B1m-%E2%80%93-1914-1922-muslim-genocide-anatolia-and-caucasus/ZSFLZGmD

Məqalədə:
Xəbər lenti

Xəbər lenti