...

ATƏT PA-nın qış sessiyasında "Metsamor" AES-in təhlükəliliyi müzakirəyə çıxarılacaq

Siyasət Materials 19 Fevral 2013 16:01 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının 12-ci qış sessiyasında Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyasının (AES) regiona təhlükə törətməsi ilə bağlı məsələ qaldırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.
ATƏT PA-nın qış sessiyasında "Metsamor" AES-in təhlükəliliyi müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir M.Əliyev/

ATƏT Parlament Assambleyasının 12-ci qış sessiyasında Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyasının (AES) regiona təhlükə törətməsi ilə bağlı məsələ qaldırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.

Millət vəkili ATƏT PA-nın fevralın 20-21 keçiriləcək qış sessiyası ərzində qurumun İqtisadiyyat komitəsinin iclasında bu məsələni qaldıracağını deyib.

"İclasda "Metsamor" AES-in qəzalı vəziyyətdə olması və bununla bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin müvafiq rəylərinin olması xüsusi vurğulanacaq", - İbrahimov deyib.

Millət vəkili vurğulayıb ki, məqsəd ATƏT PA-nın yay sessiyasına qədər qurum tərəfindən monitorinqin keçirilməsi barədə qərarın verilməsi və yoxlanılmasının təmin olunmasıdır.

Avstriyanın Vyana şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 12-ci qış sessiyasında Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.

Sessiya çərçivəsində, həmçinin ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Təhlükəsizlik və siyasi məsələlər, Elm, texnika və ətraf mühit üzrə komitələrinin iclasları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti