Azərbaycan, Bakı, 31 mart /Trend/
30 ildən sonra Qahirə ilə Tehran arasında təyyarə uçuşları bərpa edilib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, ilk təyyarə martın 30-da Qahirədən Tehranın beynəlxalq aeroportuna uçub.
Məlumatda deyilir ki, bu, nümunə xarakterli uçuş olub. Təyyarədə isə Misirdə fəaliyyət göstərən iranlılar olub.
Misirin Mülki Aviasiya naziri Vael əl-Maadavinin sözlərinə görə, gələcəkdə ölkənin digər şəhərlərindən də İrana təyyarə uçuşlarının həyata keçirilməsi baş verə bilər.
Xatırladaq ki, diplomatik münasibətlərin minimuma enməsindən sonra İranla Misir arasında təyyarələrin uçuşu da məhdudlaşdırılmışdı.