...

"Exxon Mobil"ın vitse-prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 23 Aprel 2013 17:39 (UTC +04:00)
Dünyanın ən nüfuzlu transmilli korporasiyalarından olan "Exxon Mobil"ın vitse-prezidenti xanım Jean Baderschneider Cənubi Qafqaz Forumunda iştirak etmək üçün mayın 6-8-də Azərbaycanda səfərdə olacaq.
"Exxon Mobil"ın vitse-prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Dünyanın ən nüfuzlu transmilli korporasiyalarından olan "Exxon Mobil"ın vitse-prezidenti xanım Jean Baderschneider Cənubi Qafqaz Forumunda iştirak etmək üçün mayın 6-8-də Azərbaycanda səfərdə olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi tədbir dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, nüfuzlu elm, mədəniyyət xadimini, 50-dən çox sabiq və hazırkı dövlət, hökumət başçısını bir araya toplayacaq.

Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Gəncə Şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti