...

Pakistanın sabiq Prezidenti növbəti dəfə ev dustağı edildi

Siyasət Materials 27 Aprel 2013 00:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Pakistanın Ravalpindi şəhər məhkəməsi sabiq Prezident, general Pərviz Müşərrəfin 2007-ci ildə keçmiş Baş nazir Benazir Bhuttonun qətli ilə bağlı iş üzrə üç gün ev dustağı qismində saxlanılması barədə qərar çıxarıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyətin tətbiqi haqqında işə görə artıq İslamabad yaxınlığında yerləşən Çak Şahzaddakı iqamətgahında mayın 4-dək ev dustağı edilib.

Beləliklə, o, hər iki cəzanı eyni vaxtda çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti