...

İranın Quru Qoşunları yeni tank əleyhinə raketlərlə təchiz olunub

Siyasət Materials 25 May 2013 16:25 (UTC +04:00)
Bir müddət əvvəl İran Quru Qoşunlarına yeni tank əleyhinə raketlər təhvil verilib ki, bu raketlərin çox böyük imkanları var.
İranın Quru Qoşunları yeni tank əleyhinə raketlərlə təchiz olunub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Cəfərov/

Bir müddət əvvəl İran Quru Qoşunlarına yeni tank əleyhinə raketlər təhvil verilib ki, bu raketlərin çox böyük imkanları var. Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, bunu Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan deyib.

Purdəstan bildirib ki, yeni raketlərlə reaktiv zirehli tankları məhv etmək mümkündür.

O, əlavə edib ki, Quru Qoşunlarına yeni tank əleyhinə raketlərdən başqa, yeni radar sistemləri, taktiki nəqliyyat vasitələri də təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti