...

London ABŞ kəşfiyyatı ilə qanun çərçivəsində informasiya mübadiləsi edir

Siyasət Materials 10 İyun 2013 06:05 (UTC +04:00)
Britaniya kəşfiyyatı fəaliyyətini qanun çərçivəsində həyata keçirir və amerikalı həmkarları ilə apardığı informasiya mübadiləsi qanunazidd deyil. Trend RBK-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın XİN rəhbəri Vilyam Heyq deyib.
London ABŞ kəşfiyyatı ilə qanun çərçivəsində informasiya mübadiləsi edir

Azərbaycan, Bakı, 10 iyun / Trend /

Britaniya kəşfiyyatı fəaliyyətini qanun çərçivəsində həyata keçirir və amerikalı həmkarları ilə apardığı informasiya mübadiləsi qanunazidd deyil. Trend RBK-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın XİN rəhbəri Vilyam Heyq deyib.

"Əlbəttə ki, biz ABŞ-la vacib informasiyaların mübadiləsini aparırıq. Əgər məlumat amerikalılar tərəfindən əldə edilirsə, onların istifadəsi müəyyən şərtlər və məhdud çərçivəsində baş tutur" - deyə Briyaniya XİN rəhbəri əlavə edib.

O, həmçinin, bildirib ki, hakimiyyət britaniyalıların şəxsi həyatı ilə bağlı qanunlara riayət edir.

"Birləşmiş Krallıqda informasiyanın toplanılması qanun çərçivəsində baş tutur. Burada milli təhlükəsizliklə insanların şəxsi həyatı arasında balans qorunur" - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da izləmə proqramlarından istifadə ilə bağlı Almaniya, Fransa və İsveçrə narahatlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti