...

Bakıda “907-ci düzəliş"in ləğvinə dair layihənin icrası ilə bağlı toplantı keçirilib

Siyasət Materials 25 İyun 2013 15:00 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin “907-ci düzəlişin ləğvinə yönəlik beynəlxalq kampaniyanın dəstəklənməsi” adlı layihəsinin icrası ilə bağlı toplantı keçirilib.
Bakıda “907-ci düzəliş"in ləğvinə dair layihənin icrası ilə bağlı toplantı keçirilib

Azərbaycan, Bakı, 25 iyun / Trend, müxbir S.Əhmədova /

Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin "907-ci düzəlişin ləğvinə yönəlik beynəlxalq kampaniyanın dəstəklənməsi" adlı layihəsinin icrası ilə bağlı toplantı keçirilib.

Trend-in məlumatına görə, toplantını giriş sözü ilə açan Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin rəhbəri Azad İskəndərli bildirib ki, tədbirin əsas məqsədi ölkə ictimaiyyətini 907-ci düzəlişin ləğvinə yönəlik beynəlxalq kampaniyanın dəstəklənməsinə cəlb etməkdir.

İsgəndərli ABŞ Konqresinin Azərbaycana münasibətdə qəbul etdiyi "907-ci düzəlişi" ədalətsiz qərar adlandırıb.

Toplantıda çıxış edən millət vəkili Çingiz Qənizadə bildirib ki, 1992-ci ildə Qarabağın işğal olunmuş ərazilərindən köçürülən yüz minlərlə insanın olmasına baxmayaraq, "azadlığa dəstək" adı altında ABŞ Konqresi qərar qəbul edib və 907 saylı bu qərarla da bu dövlətin birbaşa Azərbaycana yardımı kəsilib:

"Çox təəssüf ki, bu günə qədər həm tanınmayan Dağlıq Qarabağın özünə, həm də Ermənistana ABŞ-ın dövlət xətti ilə maliyyə dəstəyi var. Bunu da başa düşmək olmur, yüz minlərlə insanı ata-baba torpaqlarından qovaraq yurdlarından məcburən deportasiya etmiş, onların yaşamaq və sərbəst hərəkət etmək hüquqlarını məhdudlaşdıran qəsbkar bir dövlətə əslində dünyaya demokratiya dərsi deyən Amerika tərəfindən maliyyə dəstəyi saxlanılır və bu işğala məruz qalmış və yüz minlərlə qaçqını olan bir dövlətə qarşı isə "azadlığa dəstək" adı altında "907-ci düzəliş" tətbiq olunur. Bu təbbi ki, təəssüf doğurur".

Millət vəkili əlavə edib ki, bu o zaman erməni lobbisinin marağında idi və buna nail ola bildilər:

"Amma mən belə hesab edirəm ki, demokratiyanın təntənəsini təbliğ edən və özündə yaşadan bir dövlətin bu cür qərar qəbul etməsi, bu dövlətin demokratiyaya və insan haqlarına hörmət etməsinə şübhə yaradır".

Toplantıda bir sıra siyasi partiyaların nümayəndələri, politoloqlar, media nümayəndələri, Milli qəhrəmanların ailələləri və digərləri iştirak ediblər.

Toplantının sonunda Amerika Konqresinə və BMT Təhlükəsizlik Şurasına Azərbaycan ictimaiyəti adından müraciət qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti