...

Səxavət Əlisoy: Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi təqdirdə necə vahid namizəd ola bilər?

Siyasət Materials 1 İyul 2013 14:42 (UTC +04:00)
Azərbaycanın Müsavat Partiyasının başqanının müşaviri hesab edir ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi tədqirdə Milli Şuradan digər bir şəxsin vahid namizədliyi irəli sürülməlidir.
Səxavət Əlisoy: Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi təqdirdə necə vahid namizəd ola bilər?

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Müsavat Partiyasının başqanının müşaviri hesab edir ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi tədqirdə Milli Şuradan digər bir şəxsin vahid namizədliyi irəli sürülməlidir.

Müsavat başqanın müşaviri Səxavət Əlisoy Trend-ə bildirib ki, Rüstəm İbrahimbəyov Milli Şuradan prezidentliyə vahid namizəd olmaq üçün Azərbaycana gəlməlidir: "Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gələcəksə, prezidentliyə vahid namizəd olacaq, gəlməyəcəksə, qiyabi namizəd necə olur? Mən bunu anlaya bilmirəm. Əgər Rüstəm İbrahimbəyov gəlməyəcəyi tədqirdə Milli Şurada təmsil olunan partiyaların özlərinin bir vahid namizəd seçməsinin tərəfdarıyam".

Əlisoy həmçinin hesab edir ki, Milli Şurada bəziləri Müsavat Partiyasına qarşı qərəz nümayiş etdirirlər: "Müsavat konstitusion yolla mübarizəni üstün tutur. Partiyaların içərisində həm yaşına, həm başına görə ən sanballısı Müsavat Partiyasıdır. Burada zaman öz sözünü deyir. Kiminsə bizi günahkar saymasından asılı olmayaraq, Müsavat Partiyası özünün qəbul olunmuş partiya xəttini yerinə yetirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti