...

Sərdar Cəlaloğlu: Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, Milli Şura dağılacaq

Siyasət Materials 25 İyul 2013 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müxalifət Demokrat Partiyasının sədri hesab edir ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi təqdirdə, Milli Şura dağılacaq.

ADP sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, Rüstəm İbrahimbəyov böyük ehtimalla Bakıya gəlməyəcək və bununla da Milli Şura dağılacaq: "Milli Şura təşkilatlanma prinsipinə zidd qaydada formalaşıb. Normal təşkilatlar belə formalaşır - əvvəlcə ideya verilir, həmin ideyanı rellaşdırmaq üçün həmfikirlər formalaşır, həmfikirlər öz aralarında lider seçir və beləliklə, həmin təşkilat formalaşır. Burada isə əvvəlcə lider meydana gəlib, sonra özü bir-biri ilə eyni ideyanı bölüşməyən bəzi təsisçiləri seçib".

S.Cəlaloğlu bildirib ki, sonra isə ideyanı həyata keçirmək üçün fəaliyyətə başlayıblar: "Və bu zaman təşkilatda şaquli bağlılıq var, üfüqi bağlılıq yoxdur və şaquli bağlılıq, Rüstəm İbrahimbəyov bağlılığı zəiflədikcə üfüqi müstəvidə ciddi konfliktlər meydana çıxır. Normal təşkilatlanma olsaydı, Rəsul Quliyev və İsa Qəmbər razılaşdırıb Rüstəm İbrahimbəyovun namizədliyini versəydi, bugünkü mənzərə alınmayacaqdı. Bu baxımdan Rüstəm İbrahimbəyov olmayacağı təqdirdə, ümumiyyətlə, Milli Şuradan söhbət gedə bilməz. İndi hətta Rüstəm İbrahimbəyov var, ancaq onun Bakıya gəlməsi artıq şübhə altındadır deyə, Milli Şurada ciddi mərkəzdənqaçma meyilləri var. Bir təşkilat ki, təşkilatlanma prinsiplərini pozaraq yaranıb, onun perspektivi ola bilməz".

Qeyd edək ki, Rüstəm İbrahimov mətbuata açıqlamasında iyulun 30-da Azərbaycana qayıdacağını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti