...

Elmar Məmmədyarov: Azərbaycan Sudana yardım etməyə hazırdır (FOTO)

Siyasət Materials 9 Sentyabr 2013 17:29 (UTC +04:00)
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudana yardım etməyə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqla görüşü zamanı bildirib.
Elmar Məmmədyarov: Azərbaycan Sudana yardım etməyə hazırdır (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudana yardım etməyə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqla görüşü zamanı bildirib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti