...

MSK nəzdində Mətbuat qrupu fəaliyyətə başladı

Siyasət Materials 17 Sentyabr 2013 12:01 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində yeni tərkibdə fəaliyyətə başlayan Mətbuat qrupunun birinci iclası keçirilib. Trend-in məlumatına görə, 19 nəfərin təmsil olunduğu qrupa 3 MSK üzvü, 5 televiziya, 5 qəzet və 5 informasiya agentliyi daxildir.
MSK nəzdində Mətbuat qrupu fəaliyyətə başladı

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində yeni tərkibdə fəaliyyətə başlayan Mətbuat qrupunun birinci iclası keçirilib. Trend-in məlumatına görə, 19 nəfərin təmsil olunduğu qrupa 3 MSK üzvü, 5 televiziya, 5 qəzet və 5 informasiya agentliyi daxildir.

Qrupun əsas məqsədi seçki təşviqatı ilə bağlı monitorinq aparmaq, ortaya çıxan pozuntulara dair müraciətləri araşdırmaq və Ekspert qrupu tərəfindən təsdiqlənəcəyi halda MSK-ya bildirməkdir.

Mətbuat qrupunun rəhbəri, MSK üzvü Azər Tağıyev deyib ki, monitorinq sentyabrın 16-dan start verilmiş təşviqat kampaniyası çərçivəsində seçki subyektləri, o cümlədən namizədlər, siyasi partiyalar, onların blokları ilə bağlı və eyni zamanda mətbuatda aparılacaq. A. Tağıyev əlavə edib ki, internet məkanında, o cümlədən sosial şəbəkələrdə monitorinqin aparılması qeyri-mümkündür, lakin burada ortaya çıxa biləcək pozuntular Cinayət Məcəlləsinə uyğun araşdırılacaq.

Mətbuat qrupu, həmçinin seçki subyetkləri tərəfindən təşviqat kampaniyası ilə bağlı daxil olan hər hansı müraciət və şikayətlərə də baxacaq.

Mətbuat qrupu öz fəaliyyətini təşviqat kampaniyasının sonuna, yəni oktyabrın 8-ə qədər davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti