...

Kamal Kılıçdaroğlu: Türkiyənin xarici siyasəti sülhün bərqərar olunmasına yönəldilməlidir

Siyasət Materials 26 Sentyabr 2013 18:42 (UTC +04:00)
Türkiyənin xarici siyasəti münaqişələrin qızışdırılmasına deyil, sülhün bərqərar olunmasına yönəldilməlidir.
Kamal Kılıçdaroğlu: Türkiyənin xarici siyasəti sülhün bərqərar olunmasına yönəldilməlidir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin xarici siyasəti münaqişələrin qızışdırılmasına deyil, sülhün bərqərar olunmasına yönəldilməlidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumta görə, bunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyənin İraq, Suriya və Misir kimi bütün qonşu ölkələri ilə müəyyən problemləri var.

Müxalifət lideri, həmçinin Türkiyənin Misir və Suriyaya qarşı xarici siyasətini tənqi edib: "Çünki Ankara bu ölkələrin daxili işlərinə qarışır".

K.Kılıçdaroğlu qeyd edib ki, bəzi qonşu ölkələrlə münasibətlərin pisləşməsi ilk növbədə Türkiyənin özünə və iqtisadiyyatına mənfi təsir edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti