...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə tanış olub (FOTO)

Siyasət Materials 27 Sentyabr 2013 20:10 (UTC +04:00)
Sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə tanış olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində olmuşdur.

Leyla Əliyeva xüsusi məktəb üçün tikiləcək yeni korpusun layihəsinə baxdı.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan bu məktəb əsasən aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqların təhsil alması üçün nəzərdə tutulmuşdur.

Məlumat verildi ki, layihəyə əsasən məktəb üçün 420 şagird yerlik 7 mərtəbəli yeni korpus tikiləcəkdir.

Leyla Əliyeva xüsusi məktəbin xarici dil və vətənpərvərlik kabinetlərində oldu, burada təhsil alan uşaqlarla görüşdü.

Daha sonra Leyla Əliyeva məktəbin xorunun ifasında "Sərhədçilər" mahnısını dinlədi. İdman zalında şagirdlər bacarıqlarını nümayiş etdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti