...

AŞ PA sədri: Azərbaycanda seçki kampaniyası ümumi baxımdan yaxşı istiqamətdə gedir

Siyasət Materials 30 Sentyabr 2013 15:05 (UTC +04:00)
Azərbaycanda seçki kampaniyası ümumi baxımdan yaxşı istiqamətdə gedir. Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assembleyasının sədri Jan-Klod Minyon qurumun bazar ertəsi öz işinə başlayan payız plenar sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında Azərbaycanda prezident seçkiləri kampaniyasının vəziyyətinə münasibət bildirərkən deyib.
AŞ PA sədri: Azərbaycanda seçki kampaniyası ümumi baxımdan yaxşı istiqamətdə gedir

Fransa, Strasburq, 30 sentyabr /Trend, müxbir A.Davudov/

Azərbaycanda seçki kampaniyası ümumi baxımdan yaxşı istiqamətdə gedir. Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assembleyasının sədri Jan-Klod Minyon qurumun bazar ertəsi öz işinə başlayan payız plenar sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında Azərbaycanda prezident seçkiləri kampaniyasının vəziyyətinə münasibət bildirərkən deyib.

O, qeyd edib: "Ümumu baxımdan götürsək, Azərbaycanda seçki kampaniyası yaxşı istiqamətdə gedir. AŞ PA Bürosunun bu gün səhər keçirilən iclasında Azərbaycana səfər etmiş seçkiöncəsi missiyanın rəhbərinin məruzəsi dinlənildi. Orada səslənən fikirləri nəzərə aldıq. Yaxın zamanlarda AŞ PA-nın seçki missiyası seçkiləri müşahidə etmək üçün Azərbaycana səfər edəcək".

Payız sessiyası çərçivəsində AŞ PA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünə gəldikdə isə Jan-Klod Minyon belə görüşlərin onun mandatının əsas məqamlarından bir olduğunu bildirib.

AŞ PA sədri deyib: "Bildiyiniz kimi, bu cür görüşlərin keçirilməsi mənim mandatımın əsas məqamlarından biridir. Mən nəticə əldə etmək üçün əlimdən gələni əsirgəməyəcəm. Bu həftə payız plenar sessiyasının gündəliyi çox yüklüdür. Hələ ki, bunun üçün vaxt lazımdır. Bununla belə, mən hər iki nümayəndə heyətinin rəhbərləri ilə yenidən görüşməyi nəzərdə tuturam. Yaxın zamanlarda onlarla bir araya gəlməyi planlaşdırıram. Növbəti plenar sessiya çərçivəsində belə bir görüş keçirilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti